
Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" matçından (0:3) sonra qonaqların baş məşqçisi Françesko Fariolinin mətbuat konfransı keçirilib.
"Nəticə məni çox razı saldı. Futbolçularım öz bacarıqlarını nümayiş etdirərək qalib gəldi. Növbəti oyunlara köklənməyə çalışacağıq. “Qarabağ” birinci hissədə fantastik oynadı. Oyuna enerjili başladılar. Dünənki mətbuat konfransında da bildirmişdim ki, "Qarabağ"a qarşı bizi çətin oyun gözləyir. Təbii ki, qırmızı vərəqədən sonra işlər lehimizə getdi. Daha çox şans yaratdıq. Buna baxmayaraq, “Qarabağ” sona qədər təzyiq göstərdi. Hakim idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt onların qərarlarını müzakirə etmirik. Bu, bizim prinsipimizdir".
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb
- ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı - YENİLƏNİB