Gürcüstan millisindən tarixi uğur
26.03.2024 - 23:49

AVRO-2024-ün pley-off mərhələsinə yekun vurulur.
Apasport.az xəbər verir ki, Almaniyada keçiriləcək turnirin F qrupunun son iştirakçısı bəlli olub.
Gürcüstan millisi Yunanıstanla qarşılaşıb. Əsas və əlavə vaxtı 0:0 bitən matçda qalib penaltilər seriyasında müəyyənləşib - 4:2. Burada daha dəqiq olan qonşularımız tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, Gürcüstan millisi F qrupunda Türkiyə, Portuqaliya və Çexiya ilə qarşılaşacaq.
- ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB
- Konfrans Liqası: “Betis” və “Panatinaikos” 1/8 finalda - YENİLƏNİB
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
0
0