Palmer rekorda imza atdı
29.09.2024 - 00:39
Palmer rekorda imza atdı

"Çelsi"nin futbolçusu Koul Palmer rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bu gün keçirilən “Çelsi” – “Brayton” matçında pokerə imza atıb.

O, ilk hissəsə 4 qol vurub. Bununla da Palmer Premyer Liqa tarixində birinci hissədə poker edən ilk futbolçu olub.

Qeyd edək ki, görüş London klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

0