Həbibdən DÇ-2022 proqnozu
21.11.2022 - 18:13
Həbibdən DÇ-2022 proqnozu

Məşhur döyüşçü Həbib Nurməhəmmədov DÇ-2022-nin favoritlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, yüngül çəkidə UFC-nin sabiq çempionu Qətərdəki mundialın ən güclülərini müəyyənləşdirib.

Rusiyalı çempionluğa üç əsas namizədi fərqləndirib: “Düşünürəm ki, İngiltərə çox yaxşı çıxış edəcək. Braziliya və Niderlandın da adını çəkərdim. Onlardan başqa Argentina, Fransa, İspaniya, Xorvatiya, Belçika, Almaniya da var. Onlar hamısı güclü komandalardır. Amma mən üç yığmanı seçmişəm və görək necə olacaq”.

Qeyd edək ki, noyabrın 20-də start götürən DÇ-2022-nin qalibi dekabrın 18-də müəyyənləşəcək.
 

0