KDÇ: “Çelsi”dən uğurlu start
17.06.2025 - 00:57
KDÇ: “Çelsi”dən uğurlu start

"Çelsi" klublararası dünya çempionatına qələbə ilə start verib.

Apasport.az xəbər verir ki, London klubu "Los Anceles FC"ya qalib gəlib.

Konfrans Liqasının son qalibi rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb. "Zadəganlar"ın heyətində Pedro Neto və Enzo Fernandes fərqləniblər.

Qeyd edək ki, qrupun digər matçında "Flamenqo" ilə "Esperanse Tunis" klubları üz-üzə gələcəklər.