Bu gün UEFA Konfrans Liqasının liqa mərhələsinə start veriləcək.
Apasport.az xəbər verir ki, ilk tur çərçivəsində 18 qarşılaşma keçiriləcək.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” səfərdə Finlandiyanın KuPS klubu ilə üz-üzə gələcək.
Trabzon təmsilçisi avrokuboklarda yeni mövsümə qələbə ilə başlamağa çalışacaq.
Günün digər maraqlı qarşılaşmalarında Xorvatiyanın “Hayduk” klubu Niderlandın “Ayaks” komandasını qəbul edəcək.
İtaliyanın “Atalanta” klubu Kiprin “Pafos” təmsilçisi ilə, İngiltərənin “Brayton” komandası isə Litvanın “Kauno Jalgiris” klubu ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, I tur
15 oktyabr
20:45. KuPS (Finlandiya) – “Trabzonspor” (Türkiyə) 2:4
20:45. “Luqano” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) 3:2
20:45. “Hayduk” (Xorvatiya) – “Ayaks” (Niderland) 2:1
20:45. “Gent” (Belçika) – “Orxus” (Danimarka) 1:0
20:45. “Eqnatiya” (Albaniya) – “Midtyulland” (Danimarka) 1:1
20:45. “Myellbü” (İsveç) – “İnter Eskaldes” (Andorra) 2:0
20:45. “Panatinaikos” (Yunanıstan) – “Borats” (Bosniya və Herseqovina) 2:1
20:45. MOİK (Sofiya, Bolqarıstan) – “Monako” (Fransa) 1:2
20:45. “Riqa” (Latviya) – “Kayrat” (Qazaxıstan) 1:1
20:45. “Universitatya Krayova” (Rumıniya) – “Xetafe” (İspaniya) 1:1
23:00. “Atalanta” (İtaliya) – “Pafos” (Kipr)
23:00. “Brayton” (İngiltərə) – “Kauno Jalgiris” (Litva)
23:00. “Kopenhagen” (Danimarka) – “Braqa” (Portuqaliya)
23:00. “Tvente” (Niderland) – “Tun” (İsveçrə)
23:00. “Harts” (Şotlandiya) – “Nordsyelland” (Danimarka)
23:00. “Sint-Tröyden” (Belçika) – “İberiya” (Tbilisi, Gürcüstan)
23:00. “Frayburq” (Almaniya) – “Yablonets” (Çexiya)
23:00. “Brann” (Norveç) – “Linkoln Red İmps” (Cəbəllütariq)