Kral kubokunu kral klubu qazandı
07.05.2023 - 01:50
Kral kubokunu kral klubu qazandı

İspaniya kral kubokunun qalibi müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, final matçında Madrid “Real”ı “Osasuna”ya qalıb gəlib (2:1). Komandanın hər iki qolunu Rodriqo vurub.

Bu, “Real”ın kral kubokundakı 20-ci qələbəsi olub. Komanda daha 20 final oyunda da məğlubiyyət acısı yaşayıb.

Qeyd edək ki, “Osasuna” tarixində ikinci dəfə ölkə kubokunun finalına vəsiqə qazanıb və hər ikisində uduzub.
 

1