Yohan Neskens vəfat edib
07.10.2024 - 19:54
Yohan Neskens vəfat edib

Daha bir futbol əfsanəsi vəfat edib.

Apasport.az xəbər verir ki, Yohan Neskens 73 yaşında dünyasını dəyişib.

O, Əlcəzairdə keçirilən Niderland Kral Futbol Assosiasiyasına aid tədbirdə xəstələnib. Durumu ağırlaşan Neskens həyata gözlərini yumub.

Qeyd edək ki, Yohan yığmasının heyətində DÇ-1974 və DÇ-1978 mundiallarının gümüş mükafatçısı olub.

0