"Barselona" Levandovskinin gələcəyi ilə bağlı qərar verib
07.10.2024 - 10:57

"Barselona"nın hücumçusu Robert Levandovski mövsümün əvvəlində inamlı oyun nümayiş etdirib.
Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu bu mövsüm keçirdiyi 10 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Polşalının performansından razı olan klub rəhbərliyi növbəti mövsüm üçün əsas hücumçu almayacaq.
Kataloniya klubu ilə Levandovskinin müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Futbolçu 2022-ci ilin yayında "Bavariya"dan transfer olunduqdan sonra "Barselona"da çıxış edir.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0