Ronaldo yeni rekorda imza atıb
07.10.2024 - 13:42
Ronaldo yeni rekorda imza atıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo futbol tarixinə düşüb.

Apasport.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı forvard yuxarı divizionlarda 600 qol vuran ilk futbolçu olub.

Portuqaliyalı hücumçunun ən yaxın izləyicisi Amerikanın “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel Messidir. Onun aktivində 556 qol var.

İlk üçlüyü 479 qolla braziliyalı Romario tamamlayır.

Xatırladaq ki, Kriştiano 2023-cü ildən “Əl-Nəsr”ın şərəfini qoruyur. Ronaldonun Səudiyyə klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Onun bazar qiyməti 15 milyon avro olaraq qiymətləndirilir. 

0