Asim Xudiyev UEFA-dan təyinat alıb
07.10.2024 - 13:59

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan təyinat alıb.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının III turunda keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.
Azərbaycan millisinin də yer aldığı C Liqasının I qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.
1
0