Pioli A Seriyası klubuna rəhbərlik edəcək
15.06.2025 - 01:28
Pioli A Seriyası klubuna rəhbərlik edəcək

A Seriyasında çıxış edən "Fiorentina"nın yeni baş məşqçisinin adı dəqiqləşib.

Apasport.az xəbər verir ki, komandaya Stefano Pioli başçılıq edəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Son mövsümü "Əl-Nəsr"də keçirən təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Piolinin yaxın günlərdə Səudiyyə Ərəbistanı klubunu tərk edəcəyi xəbərləri yayılıb. 

Qeyd edək ki, Pioli 5 mövsüm "Milan"ı çalışdırıb və bir dəfə İtaliya çempionu titulunu qazanıb.