"Benfika"nın səfər matçı təxirə salınıb
07.10.2024 - 11:34
"Benfika"nın səfər matçı təxirə salınıb

Portuqaliya Premyer Liqasının 8-ci turunda "Benfika" səfərdə "Nasional"la qarşılaşıb.

Apasport.az xəbər verir ki, matç 9-cu dəqiqədən sonra dayandırılıb. Buna dumanlı hava səbəb olub. 

Hakimin göstərişi ilə komandalar soyunub-geyinmə otaqlarına yollanıblar.

Qarşılaşma 45 dəqiqə dayansa da, duman aradan qalxmayınca matç təxirə salınıb. 

0