Millətlər Liqası: Portuqaliya çempion - YENİLƏNİB
09.06.2025 - 01:43
Millətlər Liqası: Portuqaliya çempion - YENİLƏNİB

Bu gün UEFA Millətlər Liqasında üçüncü yer uğrunda və final görüşü keçirilib.

Apasport.az xəbər verir ki, oyunlar Almaniyada baş tutub.

Bürünc medal uğrunda Almaniya və Fransa yığmaları üz-üzə gəlib.

Görüş fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Həlledici görüşdə isə İspaniya ilə Portuqaliya qarşılaşıb.

Əsas vaxtı 2:2 hesabı ilə bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrində daha dəqiq olan Portuqaliya kubokun sahibi olublar.

UEFA Millətlər Liqası

III yer uğrunda görüş

17:00 Almaniya – Fransa 0:2

Final

23:00 İspaniya – Portuqaliya 2:2 pen. (4:5)