“İnter”in forvardı komandanı tərk edib
09.06.2025 - 00:58
“İnter”in forvardı komandanı tərk edib

İtaliya A Seriyası təmsilçilərindən "İnter"də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Marko Arnautoviç komandanı tərk edib.

Bu barədə avstriyalı hücumçu özü məlumat verib.

36 yaşlı forvard İtaliya klubundan ayrıldığını və azad agent statusunda olduğunu bildirib.

Qeyd edək ki, "İnter" Marko Arnautoviçi mövsümün əvvəlində "Bolonya"dan transfer etmişdi.

Avstriya millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.