Millimiz Andorra sınağında - YENİLƏNİR
14.04.2026 - 11:41
Millimiz Andorra sınağında - YENİLƏNİR

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri C Liqasının 3-cü qrupu çərçivəsində Andorra ilə üz-üzə gələcək.

Qarşılaşmaa Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Qeyd edək ki, hazırda millimiz 3 xalla 2-ci pillədə yer alıb. Şimali Makedoniya 3 xalla 3-cü, Andorra 1 xalla sonuncudur.

21:00 Andorra - Azərbaycan (Qadınlar)
Milli stadion, Andorra 
Baş hakim: Kristina Kozoroq (Ukrayna)