
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Türkiyənin turnirdə yeganə təmsilçisi “Qalatasaray” İstanbulda “Yanq Boyz”u qəbul edib.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında İsveçrədə baş tutan görüşdə də “cim-bom” uduzub – 2:3.
Bu nəticədən sonra qitənin ən nüfuzlu futbol turniriylə vidalaşan "Qalatasaray" avrokubok macərasını Avropa Liqasında davam etdirəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
23:00 "Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) 0:1
İlk oyun 2:3
23:00 "Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) 1:1
İlk oyun 2:0
23:00 "Sparta" (Praqa, Çexiya) – "Malmö" (İsveç) 2:0
İlk oyun 2:0
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb
- ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı - YENİLƏNİB