
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” komandası İstanbulda “Anderlext”i qəbul edib.
"Sarı-lacivərdlilər" ilk dəqiqələrdən üstünlüyü ələ alıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər bir Super Liqa təmsilçisi "Qalatasaray" isə səfərdə "Alkmaar"la üz-üzə gəlib.
“Cimbom” üçün matç uğursuz keçib. Oyunun 11-ci dəqiqəsində ev sahibləri hesabı açıblar. “Sarı-qırmızılılar”ın yeni transferi Rolland Sallai hesabı bərabərləşdirsə də, rəqib üstünlüyü ələ keçirməyi bacarıb.
İkinci hissəyə də yaxşı başlamayan “Qalatasaray” 51-ci dəqiqədə Kaan Ayhanın ikinci sarıdan sonra qırmızı vərəqə alması ilə meydanda azlıqda qalıb.
Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
13 fevral
21:45 "Fənərbaxça" (Türkiyə) – "Anderlext" (Belçika) 3:0
21:45 "Ferensvaroş" (Macarıstan) – "Viktoriya" (Çexiya) 1:0
21:45 "Midtyulland" (Danimarka) – "Real Sosyedad" (İspaniya) 1:2
21:45 "Yunion" (Belçika) – "Ayaks" (Niderland) 0:2
00:00 "Alkmaar" (Niderland) – "Qalatasaray" (Türkiyə) 4:1
00:00 "Portu" (Portuqaliya) – "Roma" (İtaliya) 1:1
00:00 PAOK (Yunanıstan) – FCSB (Rumıniya) 1:2
00:00 "Tvente" (Niderland) – "Bodo-Qlimt" (Norveç) 2:1
"Fənərbaxça": 1.İrfan Can Eğriyabat, 21.Brayt Osayi Samuel, 37.Milan Şkriniar, 95.Yusuf Akçiçek, 18.Filip Kostiç, 53.Sebastian Şimanski, 13.Fred, 34.Sofyan Amrabat, 10.Duşan Tadiç, 19.Yusif En-Nesri, 9.Edin Dzeko.
"Anderlext": 26.Kosemans, 54.Sardella, 3.Hey, 34.Adryelson, 6.Avqustinson, 83.De Qrif, 32.Dendonker, 17.Leoni, 21.Huerta, 20.Vazkez, 29.Stroykens.
"Fənərbaxça"– "Anderlext", "Alkmaar" – "Qalatasaray" matçlarını hansı kanaldan izləmək olar?
21:45 "Fənərbaxça" - "Anderlext" (CBC Sport, TRT 1)
00:00 "AZ Alkmaar" - "Qalatasaray" (CBC Sport, TRT 1)
- Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb
- ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı - YENİLƏNİB
- "Feyenoord" 25 il sonra ÇL-in 1/8 finalına yüksəlib
- İbrahimoviç "Milan"ın ÇL-ə vida etməsi ilə bağlı: "Hakim qəddar idi"
- "Bavariya" ardıcıl 17-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib