“Sabah” Mançester səfərində - YENİLƏNİR
10.09.2026 - 23:01
“Sabah” Mançester səfərində - YENİLƏNİR

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Sabah” liqa mərhələsində bu gün ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, "bayquşlar" səfərdə “Mançester Yunayted”lə üz-üzə gələcək.

Tarixində ilk dəfə qitənin ən nüfuzlu futbol turnirində çıxış edəcək Valdas Dambrauskasın yetirmələri çətin səfərdən xal və ya xallarla qayıtmaq istəyir.

“Old Trafford”da baş tutacaq görüşə saat 23:00-da start veriləcək.

Matçı fransalı Villi Delaju idarə edəcək.

UEFA Çempionlar Liqası
Əsas mərhələ, I tur

23:00. "Mançester Yunayted" – "Sabah" 0:0
Baş hakim: Villi Delaju
"Mançester Yunayted": Senne Lammens, Mateus Kunya, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Yuri Tilemans, Kobbi Meynu, Brayan Mbyomo, Brunu Fernandeş (k), Patrik Dorqu, Benyamin Şeşko
"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Kristian Nvaçuvky, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.