Sakadan unikal göstərici: Son 20 ildə ilk dəfə
21.11.2022 - 20:16
DÇ-2022-nin B qrupunda İngiltərə millisinin İranı darmadağın etdiyi matçda Bukayo Saka diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, bu oyunda dubl edən 21 yaşlı vinger son 20 ildə dünya çempionatında qol vuran ilk “Arsenal” futbolçusu olub.
Bununla, "topçular"ın yetirməsi olan Saka İngiltərə yığmasında vurduğu qolların sayını 6-ya çatdırıb. O, "dumanlı albion" təmsilçisinin heyətində 21 matçda buna nail olub.
Qeyd edək ki, sözügedən qarşılaşmada İngiltərə yığması 6:2 hesablı qələbə qazanıb.
0
0