2026-cı il dünya çempionatında B qrupunun oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ev sahiblərindən olan ABŞ millisi ilk matçında Paraqvay ilə qarşılaşır.
Los Anceles stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə səhər saat 05:00-da başlayıb.
Hesab 7-ci dəqiqədə açılıb. Paraqvay millisinin futbolçusu Babadilla topu öz qapısına göndərərək ABŞ-ı hesabda önə keçirib. 31-ci dəqiqədə isə daha əvvəl qolu qeydə alınmayan Baloqun fərqlənib və meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.
İlk hissənin sonlarında Baloqun yenidən səhnəyə çıxıb. ABŞ millisinin hücumçusu fərqi üç topa çatdırıb və komandalar fasiləyə meydan sahiblərinin 3:0 hesablı üstünlüyü ilə yollanıblar.
DÇ-2026
B qrupu
13 iyun
05:00. ABŞ - Paraqvay 3:0
ABŞ: Mettyu; Friman, Riçards, Ream, Robinson; Adams, Tillman; Dest, Makkenni, Pulişiç; Baloqun
Paraqvay: Gill; Alonso, Alderete, Gomez, Kaserez, Almiron, Bobadilla, Kubas, Gomez, Ençizo, Sanabria
- Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
- DÇ-2026: Cənubi Koreyadan geridönüş - YENİLƏNİB
- DÇ: 104 oyunun hamısı canlı yayımlanacaq - 92-si İTV-də, 12-si CBC Sport-da
- İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm”
- Lionel Skaloni: "Futbolçular elə qaçırlar, sanki sabah yoxdur"