
21 yaşadək Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Portuqaliya seçməsi ilə üz-üzə gəlib.
Matç Bakı vaxtı ilə saat 22:30-da start götürüb. Görüşün ilk yarısında hesab açılmayıb. Lakin ikinci hissədə meydan sahibləri 5 qol vurmağı bacarıb. Bununla da, yığmamız seçmə mərhələyə darmadağınla start verib.
Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq.
Avropa çempionatı
Seçmə mərhələ, I tur
22:30 Portuqaliya U-21 – Azərbaycan U-21 5:0
- Elçin Məsiyev Niderland millisinin oyununu idarə edəcək
- Cahangir Fərəcullayev: “Bizim komanda qarşısında tələbimiz yoxdur”
- DÇ-2026: Türkiyə Gürcüstanı məğlub etdi, İspaniyadan inamlı qələbə - YENİLƏNİB
- Rəhman Daşdəmirov: “Azərbaycana əliboş qayıtmaq istəmirik”
- Fernandu Santuş: “Uduzmamağa çalışacağıq”