Nizami İmranov dünya çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB
05.10.2026 - 11:36
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda Finlandiya təmsilçisi Luukas Sahaya məğlub olaraq mübarizəni dayandırıb.
Eyni çəkidə Nizami İmranov 1/32 finalda Gürcüstan cüdoçusu Vaja Marqvelaşvilini məğlub etsə də, növbəti mərhələdə rusiyalı Ramazan Abdullayevə uduzaraq mundialla vidalaşıb.
Qeyd edək ki, ilk yarış günündə Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl medal qazanaraq dünya çempionu olub.
- DÇ: Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
- Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- Bakı Cüdo Mərkəzi beynəlxalq təhlükəsizlik sertifikatına layiq görülüb
- Azərbaycan cüdoçuları Sarayevoda 4 medal qazanıblar
- Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurub
0
0