
İyunun 3-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən görüşdə “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Aerobika gimnastikası, bədii gimnastika, boks, cüdo, akademik avarçəkmə, kayak, kanoe, karate, şotokan karate-do, kikboksinq, bodibildinq, MMA, sambo, savat, taekvondo, uşu, kunq-fu, üzgüçülük, parataekvondo, paraatletika, paracüdo idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək - FOTO
- Azərbaycanlı pilot beynəlxalq yarışın qalibi olub - FOTO
- Təmsilçimizdən gümüş medal
- Everesti fəth edən ilk qadın alpinist: “Heç yerdə belə münasibət görməmişəm”