Olimpiya çempionları vətənə geri dönüb
04.08.2024 - 13:02
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, onlar üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi ansanblın müşayiəti ilə qarşılama mərasimi təşkil edilib.
Qarşılama mərasimində idmançıların qohumları, rəsmilər və digər şəxslər iştirak edib.
Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0