Olimpiya Kəndində məşqçi dünyasını dəyişdi
27.07.2024 - 20:20
Paris-2024-də Olimpiya Kəndində ölüm hadisəsi qeydə alınıb.
Apasport.az xəbər verir ki, Samoa yığmasının boks üzrə məşqçisi Lionel Elika Fatupaito dünyasını dəyişib.
Samoa Olimpiya Komitəsi hadisə ilə bağlı açıqlama verib. Məşqçi 60 yaşında ürək tutmasından ölüb.
Qeyd edək ki, Samoa Olimpiya Oyunlarında 1 boksçu ilə təmsil olunub. Ato Plodziski-Faoaqali (81 kq) 1/8 finalda Viktor Şelstrate (Belçika) ilə qarşılaşacaq.
- Cəfərova Dünya Kubokunun finalında
- Azərbaycan kapoeyraçılarından Münhendə üç medal
- Azərbaycanda keçiriləcək yarışın tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur
- Velosipedçimiz Özbəkistanda 4-cü olub
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib
0
0