
Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı” şirkəti tərəfindən Qəbələdə şəhid övladları üçün yay düşərgəsinə start verilib.
Apasport.az xəbər verir ki, tədbir tərəflər arasında cari ilin 8 may tarixində bağlanmış müqaviləyə əsasən reallaşdırılır.
Düşərgədə 8-12 yaş aralığında 30 şəhid övladı iştirak edir.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan layihə 5 iyun tarixinədək davam edəcək. Əsas məqsəd şəhid övladlarına diqqət və qayğının artırılması, onlarda sağlam həyat tərzinin təbliğidir.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının yadigarlarının xoş vaxt keçirmələrinə, onların istirahət etməsinə, tarixi-coğrafi yerlərlə tanışlıqlarına, yeni məkanlar kəşf etmələrinə nail olmaq əsas hədəflərdir.
“YAŞAT” Fondunun, Peşəkar Futbol Liqasının və “Badamlı” şirkətinin rəsmilərinin, eləcə də ASAN könüllülərinin iştirakı ilə baş tutacaq tədbirlərə Qəbələ şəhərinin müxtəlif görməli yerlərində gəzintilər, əyləncəli oyunlar, futbol matçı, tarixi yerlərə səyahətlər və digər aktiv istirahətlər daxildir.
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək - FOTO
- Azərbaycanlı pilot beynəlxalq yarışın qalibi olub - FOTO
- Təmsilçimizdən gümüş medal
- Everesti fəth edən ilk qadın alpinist: “Heç yerdə belə münasibət görməmişəm”