Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi bəyanat yayıb.
Apasport.az saytının məlumatına görə, BOK beynəlxalq idman federasiyalarına və idman tədbirlərinin təşkilatçılarına Rusiya ilə Belarus idmançılarını və rəsmilərini yarışlara dəvət etməməyi, onların iştirakına icazə verməməyi tövsiyə edib.
Bəyanatda bildirilib ki, Rusiya və Belarus idmançıları beynəlxalq arenada neytral formada qatılmalıdırlar: “Qlobal idman yarışlarının bütövlüyünü və bütün iştirakçıların təhlükəsizliyini qorumaq üçün BOK-un İcraiyyə Komitəsi beynəlxalq idman federasiyalarına və tədbir təşkilatçılarına Rusiya ilə Belarus idmançılarını, eləcə də rəsmi şəxsləri dəvət etməməyi, onların iştirakına icazə verməməyi tövsiyə edir. Rusiya və ya Belarus vətəndaşları istər fərdi, istərsə də komanda şəklində yalnız neytral idmançı və ya neytral komanda kimi qəbul edilməlidir”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumunu qınayan bir çox idman təşkilatları rusların beynəlxalq yarışlardakı ev sahibliyini əlindən alıb. Eyni zamanda bəzi futbol federasiyaları bu ölkənin komandaların qarşı oynamaqdan imtina edib.
- Qış Olimpiya Oyunları: Təşkilat Komitəsi qüsurlu medallarla bağlı açıqlama yayıb
- Boyun onurğası sındı - OLİMPİADADA İŞTİRAK ETMƏYƏCƏK
- Olimpiya Oyunlarında tarixi an: 50 ildən sonra əfsanəvi fənd
- Fiqurlu konkisürənimiz Qış Olimpiya Oyunlarında çıxışını başa vurub
- Ermənilərin planı baş tutmadı: BOK-dan cavab