Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu gün keçiriləcək bağlanış mərasimində üçrəngli Azərbaycan bayrağını yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova aparacaqlar.
Həsrət Cəfərov (67 kq) VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanıb.
Səbinə Kərimovanın çıxış etdiyi qadınlardan ibarət qılıncoynatma komandasında sablya növü üzrə yarışlarda çempionu olub.
Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da PNU stadiyonu-Şahzadə Nourah Universitetində keçiriləcək.
- Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub