Azərbaycan əsilli ukraynalı boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən boks üzrə Avropa çempionatına yerli idmançı üzərində qələbə ilə başlayıb.
Apasport.az saytının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız Canik Sahakyanla döyüşdəki qələbəni Ukraynaya həsr edib.
Nəbiyev bunu 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra instaqramdakı paylaşımında açıqlayıb: “Bu gün mayın 24-də Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumundan 3 ay ötür. Mən boks üzrə Avropa çempionatında debüt etdim və qələbə qazandım. Bu qələbə onunla əlamətdardır ki, Ukrayna dövlətçiliyinin yenilməzliyini göstərir. Qələbəni Ukraynaya və qəhrəman şəhər Nikolayevə həsr edirəm”.
Qeyd edək ki, Elmir Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının bürünc mükafatçısıdır.
- Qış Olimpiya Oyunları: Təşkilat Komitəsi qüsurlu medallarla bağlı açıqlama yayıb
- Boyun onurğası sındı - OLİMPİADADA İŞTİRAK ETMƏYƏCƏK
- Olimpiya Oyunlarında tarixi an: 50 ildən sonra əfsanəvi fənd
- Fiqurlu konkisürənimiz Qış Olimpiya Oyunlarında çıxışını başa vurub
- Ermənilərin planı baş tutmadı: BOK-dan cavab