“Formula 1”: Norris hamını qabaqladı
21.09.2024 - 18:56
“Formula 1”: Norris hamını qabaqladı

"Formula 1" üzrə Sinqapur Qran-prisinin sıralama turu başa çatıb.

Apasport.az xəbər verir ki, poulu "Maklaren"dən Lando Norris qazanıb.

O, əsas yarışa 1-ci sıradan start verəcək. "Red Bull" pilotu Maks Ferstappen ikinci, "Mersedes" sürücüsü Lyuis Hemilton isə üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi olan Oskar Piastri 5-ci sırada qərarlaşıb.

0