Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Şahzadə Nurah Universiteti Stadionunda baş tutub.
Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyıb.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komandamız Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.
Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub.
- İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
- İslamiadanın gümüş medalçısı: "Bundan sonrakı hədəfim…"
- İslamiada: Üzgüçümüz gümüş medal qazandı
- Çingiz Hüseynzadə: “Konyada qazandığımız medal sayını geridə qoyacağıq”