Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər.
Apasport.az xəbər verir ki, ciu-citsuda Əmirxan Quluzadə (77 kq) və Maqsudxan Quluzadə (62 kq) uğur qazanmağa çalışacaqlar.
Parapauerliftinqdə Zəhra Dadaşova (61 kq) və Ceyhun Mahmudov (59 kq) mübarizə aparacaqlar.
Sərbəst güləşçilərdən Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, İslamiada bu gün başa çatacaq. Azərbaycan 55 mükafatla (8 qızıl, 18 bürünc, 29 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
- İslamiadanın gümüş medalçısı: "Bundan sonrakı hədəfim…"
- İslamiada: Üzgüçümüz gümüş medal qazandı
- Çingiz Hüseynzadə: “Konyada qazandığımız medal sayını geridə qoyacağıq”