Qədim Olimpiya Arxeoloji Muzeyində 2026-cı il Qış Olimpiya Oyunlarının məşəlinin yandırılma mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, adətən açıq havada keçirilən ənənəvi mərasim bu dəfə hava şəraitinə görə dəyişdirilib.
Güclü yağış gözlənildiyi üçün, günəş şüaları və parabolik güzgü ilə məşəlin yandırıldığı, aktrisaların “kahin” kimi çıxış etdiyi ənənəvi mərasim əvvəlcədən ləğv edilib.
Bunun əvəzinə Olimpiya Arxeologiya Muzeyində sadə mərasim keçirilib.
Tədbir zamanı iki gün əvvəl qədim stadionda keçirilmiş məşq mərasimində məşəlin alovlandırılmasını əks etdirən videogörüntü nümayiş olunub. Daha sonra məşəl muzeyə gətirilərək rəsmi şəkildə alovlandırılıb.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri mərasimi belə şərh edib: “Bu gün keçmişlə bu günün birləşdiyi xüsusi bir andır. Mərasim bizə Olimpiya Oyunlarının əsas mahiyyətini – insanların sülh, dostluq və qarşılıqlı hörmət şəraitində birləşməsini xatırladır".
- İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
- İslamiadanın gümüş medalçısı: "Bundan sonrakı hədəfim…"
- İslamiada: Üzgüçümüz gümüş medal qazandı
- Çingiz Hüseynzadə: “Konyada qazandığımız medal sayını geridə qoyacağıq”