Təmsilçilərimizdən növbəti qızıl medal
21.09.2024 - 21:55
Təmsilçilərimizdən növbəti qızıl medal

Portuqaliyanın Gimarayş şəhərində keçirilən akrobatika gimnastikası üzrə yarışda yığmamız daha bir uğura imza atıb.

Apasport.az xəbər verir ki, Azərbaycan akrobatları dünya çempionatında 3-cü qızıl medalı qazanıblar.

Raziyə Seyidli-Ağasif Rəhimov qarışıq cütü balans hərəkətlərində bütün rəqiblərini qabaqlayaq, çempionatın qalibi olublar. Onlar 28,730 ballıq nəticə göstəriblər. Təmsilçilərimiz fəxri kürsüdə İsrail və KXDR idmançılarını qabaqlayıblar.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb.

0