3 güləşçimiz dünya çempionatının finalında
28.10.2024 - 22:37
3 güləşçimiz dünya çempionatının finalında

Bu gün Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan 4 çəki dərəcəsinin hər birində təmsil olunur.

57 kq çəki dərəcəsində Eldəniz Əzizli yarışa 1/8 finaldan qoşulub. Albaniyalı Bayram Sina ilə üz-üzə gələn milli üzvü tam üstünlükə (8:0) qalib gəlib. Əzizli 1/4 finalda da eyni uğuru təkrarlayıb. O, bu dəfə çinli Haifenq Zanqdan üstün olub - 9:0. Rövşənin rəqibi Denis Florin Mihai (Rumıniya) olub və güləşçimiz 9:0 hesabı ilə qalib gəlib. Həlledici görüşdə Əzizli iranlı Poya Sulat Marzla qarşılaşacaq.

63 kq çəki dərəcəsində mübarizəyə ilk mərhələdən başlayan Nihat Məmmədli İldar Hafizova (ABŞ) tam üstünlükə (10:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb. Güləşçimiz daha sonra bolqarıstanı Muslim Amayevə "tuşla" qalib gəlib. O, 1/4 finalda Hleb Makaranka (AİN) 5:0 hesabı ilə qalib gəlib. Nihat finala gedən yolda Karen Aslanyanı (Ermənistan) 6:1 hesabı ilə məğlub edib. Məmmədli finalda Yerzet Jarlikassin ilə üz-üzə gələcək

72 kq çəki dərəcəsində Ülvi Qənizadə 1/8 finalda Otar Abuladzeni (Gürcüstan) məğlub edib - 5:1. O, ardınca xorvatiyalı Dominik Etlingerə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Ülvi çinli Ji Lenqə 6:0 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb. Qənizadə finalda İbrahim Mahmud Hassanla (Fransa) qarşılaşacaq.

0