Azərbaycanın sərbəst güləşçisi Gülxanım Şirinova Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə Monqolustan təmsilçisi Azzaya Battulqanı 10:0 hesabı ilə məğlub edib.
Şirinova bu gün axşam seansında bürünc medal uğrunda Türkiyə güləşçisi Şirin Askarla üz-üzə gələcək.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.