Azərbaycanın Olimpiya mükafatçısı Polşada keçirilən turnirdə qızıl medal qazanıb
04.08.2025 - 19:31
Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan azərbaycanlı sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) Polşada keçirilən turnirdə qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, o, Varşavada Polşanın məşhur güləşçilərinin xatirəsinə təşkil edilən ənənəvi yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Meşvildişvili ötən ay zədələndiyi üçün Macarıstanda baş tutan reytinq turnirində iştirak etməyib.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0