Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatında iki hakimimiz iştirak edib.
Apasport.az xəbər verir ki, I dərəcəyə sahib Natiq Hacıyev və Elman İsmayılov bir həftə davam edən mundialda ədaləti qoruyub.
Təcrübəli referilərimiz qarşılaşmaların idarə olunmasında böyük məsuliyyət və dəqiqlik nümayiş etdirərək Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldublar.
Bu dünya çempionatı N.Hacıyevin son beynəlxalq yarışı kimi əlamətdar olub. UWW-nin qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyətilə vidalaşıb. Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar