Qadın güləşçilərimizin növbəti təlim-məşq toplanışı başlayıb.
Apasport.az xəbər verir ki, U-20 yığmamız avqustun 20-dək Bolqarıstanın paytaxtı Sofiyada hazırlıq prosesi keçəcək.
Baş məşqçi Toğrul Əsgərov və U20 milli komandanın böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri ilə birgə toplanışda iştirak edəcəklər. İki həftəlik hazırlıq prosesində həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq. Məqsəd yerli mühitə uyğunlaşmaq və Bolqarıstanın Samokov şəhərində təşkil ediləcək U-20 dünya çempionatına daha yaxşı hazırlaşmaqdır.
Qeyd edək ki, komandamız avqustun 20-də Sofiyadan birbaşa Samokova yollanacaq.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar