2 karateçimiz Qazaxıstanda medal qazanıb
16.07.2024 - 12:35
Azərbaycanın 2 karateçisi Astana şəhərində keçirilən “Kazakhstan Open” beynəlxalq karate turnirində fəxri kürsüyə qalxıb.
Apasport.az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşid Süleymanov (16-17 yaş) 76 kq çəki dərəcəsində gümüş medal qazanıb.
61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna isə gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək birinciliyi bayram edib. Oksana böyüklərin yarısında da fərqlənməyi bacarıb. Həmyerlimiz bu dəfə bürünc medala sahib olub.
- Rafael Ağayevə ağır itki: Atası vəfat etdi
- Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
0
0