Respublika Baş Prokurorluğunun əməkdaşı, Abşeron rayon Prokurorluğunun müavini, veteran karateçi, 5-ci dan qara kəmər sahibi Aslan Surxayev Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinin 1-ci vitse prezidenti təyin edilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yeni təyinat münasibətilə Aslan Surxayevi təbrik edib, fudokan karatenin inkişafı ilə bağlı müvafiq tövsiyyələrini verib və həmçinin Azərbaycan Karate Federasiyasının üzvlük vəsiqəsini təqdim edib.
Daha bir təyinat isə Aqil Soltanovla bağlı olub. Aqil Soltanov AKF rəhbərliyi tərəfindən ənənəvi karate üslubu fudokan üzrə vitse-prezident təyin olunub.
Qeyd edək ki, Aqil Soltanov həmçinin Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının karate üzrə müəllimi və Azərbaycan Respublikasının əməkdar məşqçisidir.
Daha bir təyinat isə, Vüsal Abdullazadə ilə bağlı olub. Beləki, V. Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vüsal Abdullazadə Ənənəvi karate üslubu "Dünya Fudokan Federasiyası"-nın Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsidir.
- Karateçimiz Avropa çempionatının finalında
- Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb
- “Lions King”dən üç medal: 2 qızıl, 1 bürünc - FOTO
- Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçirilib
- Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçiriləcək