Beş karateçimiz dünya çempionatına lisenziya qazanıb - FOTO
19.10.2025 - 22:25
Beş karateçimiz dünya çempionatına lisenziya qazanıb - FOTO

Azərbaycan karateçiləri Parisdə keçirilən seçim yarışlarında dünya çempionatına lisenziya qazanıblar.

Apasport.az xəbər verir ki, mundialda ölkəmizi Roman Heydərov (kata), İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edəcəklər.

Yığma Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında təmsil olunub. 

Qeyd edək ki, dünya çempionatı noyabrın 27-dən 30-dək Misirin paytaxtı Qahirədə keçiriləcək.