Millimiz Dünya Kubokuna qatılacaq
21.06.2025 - 12:58
Millimiz Dünya Kubokuna qatılacaq

Azərbaycanın karate millisi "KWU- SENSHI" (red. - Dünya Kyokuşin Birliyi) üzrə dünya kuboku və beynəlxalq yay düşərgəsinə qatılacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Federasiyanın nəzdində fəaliyyət göstərən "KWU-WFKF" Birliyi üzrə milli komandamız iyulun 6-dan 13-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək dünya kubokunda və 19-cu beynəlxalq yay təlim-məşq toplanışında iştirak edəcək.

Yığma beynəlxalq tədbirə baş məşqçi Vidadi Xəlilovun rəhbərliyi altında hazırlaşır.