A Seriyası: Lider 3 xalı 1 qolla qazandı
03.05.2025 - 23:23
A Seriyası: Lider 3 xalı 1 qolla qazandı

İtaliya A Seriyasında XXXV turun qarşılaşmaları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Parma" öz meydanında "Komo" ilə üz-üzə gəlib.

Oyunun taleyini 1 qol həll edib. Qabriel Strefezzanın 79-cu dəqiqədə vurduğu qolla qonaqlar rəqibini məğlub etməyi bacarıb - 1:0.

Turun digər matçında isə lider "Napoli" səfərdə düşmə xəttinin 1 üst pilləsində dayanan "Leççe"ni minimal hesabla məğlub edib - 1:0.

İtaliya A Seriyası
XXXV tur

17:00. "Parma" - "Komo" - 0:1
17:00. "Kalyari" - "Udineze" - 1:2
20:00. "Leççe" - "Napoli" - 0:1