A Seriyası: Son çempion evində qalib gəldi
23.09.2025 - 01:16

İtaliya A Seriyasında IV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün bir matç keçirilib.
Son çempion "Napoli" öz meydanında "Piza" ilə qarşılaşıb.
Gərgin keçən matçda azarkeşlər 5 qola şahidlik ediblər. Görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliya A Seriyası
IV tur
22:45. "Napoli" - "Piza" - 3:2
0
0