“Bayer” məğlub oldu - III Liqa komandası finalda
02.04.2025 - 00:51

Almaniya kubokunda yarımfinal mərhələsinin ilk görüşü keçirilib.
Apasport.az xəbər verir ki, "Bayer" səfərdə "Arminiya Boyelefeld"lə qarşılaşıb.
Gərgin keçən qarşılaşmanın qalibi ev sahibləri olub. Görüş "Arminiya Boyelefeld"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komanda bu nəticə ilə Almaniya kubokunun final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, digər finalçının adı sabah "Ştutqart" - "Leypsiq" matçında aydınlıq gələcək.
0
0