Autsayderlərin görüşündə qalib “Hatayspor” oldu
17.05.2025 - 23:52
Autsayderlərin görüşündə qalib “Hatayspor” oldu

Türkiyə Super Liqasında XXXVI tura start verilib.

Apasport.az xəbər verir ki, ilk gün 1 matç baş tutub.

"Hatayspor" səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Autsayderlərin görüşündə qalib Hatay təmsilçisi olub. Qonaqlar rəqibini 5 cavabsız qolla məğlub etməyi bacarıb - 5:0.

Türkiyə Super Liqası
XXXVI tur

20:00. “Adana Dəmirspor” - “Hatayspor” - 0:5