“Barsa” çempionata qələbə ilə start verib
16.08.2025 - 23:58
“Barsa” çempionata qələbə ilə start verib

İspaniya La Liqasında I turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Barselona" səfərdə "Malyorka" ilə qarşılaşıb.

Azarkeşlər oyunda 3 qola şahidlik ediblər. Görüş kataloniyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniya La Liqası
I tur

21:30. "Malyorka" - "Barselona" - 0:3