Bundesliqa: “Dortmund”dan darmadağın
03.05.2025 - 22:53
Bundesliqa: “Dortmund”dan darmadağın

Almaniya Bundesliqasında XXXII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Borussiya Dortmund" doğma meydanda "Volfsburq"la qarşılaşıb.

Seru Qirassi və Kərim Adeyeminin dublu "Dortmund"a 3 xalı gətirib. Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb - 4:0.

Almaniya Bundesliqası
XXXII tur

20:30. “Borussiya Dortmund” - “Volfsburq” - 4:0